Dərc edildi: Baxış sayı: 457
Rusiyadan dünyaya göz dağı — 40 ilin ən böyük hərbi təlimi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin gələn ay son 40 ilin ən böyük hərbi təlimlər keçirəcəyini bildirib.
“Ölkə.Az” xəbər verir ki, “Vostok-2018” təlimlərində 300 min əskər, 1000-dən çox təyyarə və iki donanma iştirak edəcək.
Şoyqu bildirib ki, “Vostok-2018” hərbi təlimləri Sibir və Uzaq Şərq bölgələrində həyata keçiriləcək.
Təlimlərin 1981-ci ildən sonra həyata keçirilən ən böyük hərbi təlimlər olacağını vurğulayan Şoyqu deyib:
“Bu təlimlər daha geniş miqyaslı olacaq. 1000-dən çox hava nəqliyyatı Mərkəzi və Şərqi həbri bölgələrdən, Sakit və Şimal donanmalarından 300 min əskər bu təlimlərdə iştirak edəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət