Dərc edildi: Baxış sayı: 555
Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.
"Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb", - E.Hüseynov bildirib.
Nəzərinizə çatdıraq ki, sonuncu dəfə iyul ayının 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət