Slimfit
  1. İQTİSADİYYAT

Rusiyadan Azərbaycana qaçaqmal yolu ilə dərman və kosmetik vasitələrin gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qaçaqmal yolu ilə dərman və kosmetik vasitələrin gətirilməsinin qarşısı alınıb
Sakura

Rusiyadan Azərbaycana qaçaqmal yolu ilə dərman və kosmetik vasitələrin gətirilməsinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə dərman preparatları və kosmetik vasitələrin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "Mercedes Benz Viano" və "Mercedes Benz Vito 111 CDİ" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Yoxlama zamanı hər iki avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan 100 ədəd üzərində "Fenazepam 1 mq" adlı dərman preparatı və 45 ədəd müxtəlif markalı kremlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR