Rusiyadakı Azərbaycan diaspor təşkilatları toplanır
Uzun illərdir diaspor fəaliyyəti ilə məşğul olan həmyerlimiz, Moskvada yaşayan tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Azərbaycanlı Gəncləri Təşkiltanın İdarə Heyətinin üzvü Samir Əliyev Modern.az-a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Rusiya səfərini şərh edib.
O, bildirib ki, dünəndən başlayan səfər maraqlı görüşlərlə davam edir:
“Komitə sədrinin görüşləri bu gün də davam edir. Rusiyanın müxtəlif bölgələrində diaspor fəaliyyəti ilə məşğul olanların 70%-i Fuad Muradovla bugünkü görüşə dəvət olunub. Ümid edirəm ki, daha yaxşı anlaşma olacaq”.
Samir Əliyev qeyd edib ki, belə bir səfərin gerçəkləşməsini çoxdan gözləyirdilər:
“Komitə sədrinin Rusiyaya səfərini yüksək qiymətləndirirəm. Çünki Fuad Muradovun Rusiyaya səfəri çoxdan gözlənilirdi. Rusiyada problem daha çoxdur. Azərbaycanın ən böyük diaspor təşkilatları buradadır. Burada 3 milyondan artıq azərbaycanlı yaşayır. Rusiya həm də ermənilərin daha sıx məskunlaşdığı ölkələrdən biridir. Hesab edirəm ki, diaspor sahəsində problemləri aradan qaldırmalıyıq. Çünki Rusiyadakı diaspor təşkilatları arasında bir pərakəndəlik, özbaşınalıq, biri-birləri ilə yola getməmək var. Ancaq Fuad Muradovun Rusiyaya səfəri bütün problemlərin həll edilməsinə yardımçı olacaq. Deyə bilərəm ki, planlarımız, ümidlərimiz, gözləntilərimiz çoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət