Slimfit
  1. AZƏRBAYCANLI

Rusiyada yaşayan məşhur azərbaycanlı həkim peyvəndin uşaqlara faydalarından danışdı

Rusiyada yaşayan məşhur azərbaycanlı həkim peyvəndin uşaqlara faydalarından danışdı
Sakura

Rusiyada yaşayan məşhur azərbaycanlı həkim peyvəndin uşaqlara faydalarından danışdı

Rusiya Səhiyyə Nazirliyinin pediatrı, akademik, əslən azərbaycanlı Leyla Namazova-Baranova uşaqlara peyvəndin davamlı edilməsinin faydalarından danışıb.

Stopkoronavirus.rf-yə müsahibə verən həmyerlimiz peyvəndin uşaqları koronavirusdan qoruduğunu bildirib.

Onun sözlərinə görə, peyvənd edilən uşaqlar virusa az hallarda yoluxurlar. Buna görə də, uşaqların peyvənd edilməsinin həyati əhəmiyyəti var.

Mütəxəssis bildirib ki, artıq peyvənd edilmiş uşaqların vaksinasiya olunmayanlara nisbətən xəstəliklərə tutulma ehtimalının az olması sübut edilib.

L.Namazova-Baranova piylənmə və ya digər xroniki immun-iltihabi xəstəlikləri olan uşaqların koronavirusu daha ağır keçirdiyini bildirib.

O qeyd edib ki, uşaqlarda xəstəlik hərarət, öskürək, boğaz ağrısı, yüngül diareya formasında özünü büruzə verir. Çox hallarda onların barmaqlarında donma ləkəsinə oxşayan yaralar peyda olur.

Qeyd edək ki, əslən azərbaycanlı olan Leyla Namazova-Baranova tibb elmləri doktoru, professor, Rusiyada Tibb Elmləri Akademiyasının Uşaq Sağlamlığı Elmi Mərkəzinin profilaktik pediatriya və bərpa müalicəsi Elmi-Tədqiqat İnstitutunun direktoru (USEM RTEA), elmi iş üzrə USEM RTEA direktorunun müavini, Avropa Pediatriya Assosiasiyasının prezidentidir. Onun atası Seymur Avaz oğlu Namazov SSRİ-nin məşhur radiofiziki olub.

L.Namazova-Baranova N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR