Dərc edildi: Baxış sayı: 409
Rusiyada vətəndaşların borcu onlara SMS-lə bildiriləcək
Rusiya vətəndaşlarına onların borcları barədə məlumat verilməsi proseduru dəyişdirilə bilər. Bununla bağlı qanun layihəsi hazırlanır.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Məhkəmə İcraçıları Federal Xidmətinin rəhbəri Dmitri Aristov bildirib.
Onun sözlərinə görə, poçt vasitəsilə məlumatlandırma həmişə lazımi effekti vermir, üstəlik bu üsul xərc tələb edir.
“Məlumatı borclu şəxsə SMS və yaxud elektron hökumət portalı vasitəsilə göndərmək təklif olunur. Bu cür məlumatlandırmanın tətbiqinə 1 yanvar 2020-ci ildən başlanıla bilər", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət