Rusiyada vaksinasiya hərbi yolla aparıla bilər
“Rusiyada yeni tip koronavirusla bağlı vaksinasiya işləri hərbi yolla aparıla bilər”.
“Parlamentskaya qazeta”nın məlumatına görə, bu sözləri Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov deyib.
Onun sözlərinə görə, bu prosesdə fövqəladə vəziyyət zamanı preparatların qeydiyyatının xüsusi prinsipindən istifadə olunacaq. Bu halda vaksinasiya bütün əhali üçün deyil, yalnız infeksiya ocaqlarında çalışanlar və xəstəliyi ağır keçirmək riski olan insanlar arasında aparılacaq.
S.Kolesnikov bildirib ki, peyvəndin payızda tapılmasını gözləmək olar.
“Əgər Rusiya ənənəvi yolu seçsə, o zaman peyvənd üçün cari ilin sonu və ya gələn ilin əvvəlini gözləməli olacağıq”, - deyə akademik vurğulayıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət