Rusiyada sabit vergi ödəyicilərinə bununla bağlı məcburu tələb qoyulur
Fins.az-ın məlumatına görə Rusiya Federasiyası hökumətinin qəbul etdiyi qərarda göstərilir ki, özüməşğul vətəndaşların sığorta haqqı ödədikləri müddət, əgər onlar peşə gəliri üçün könüllü vergi ödəmək proqramında iştirak edirlərsə, əmək stajı hesab olunacaq və həmin şəxslərə pensiya təyin olunanda bu staj nəzərə alınacaq. Qərarda göstərilib ki, "Peşəkar gəlirdən vergi" adlanan xüsusi vergi rejiminin tətbiq edildiyi özüməşğul vətəndaşların pensiya hüquqlarının təmin olunması məqsədilə pensiya müəyyənləşdirilməsi üçün sığorta stajının hesablanması və təsdiqi qaydalarına yeni müddəalar əlavə edilib. Bu müddəalarda həmin şəxslərin məcburi sığorta haqqı ödədikləri dövrün pensiya stajlarına aid olunması nəzərdə tutulur.Qeyd edək ki, özüməşğul şəxslər Rusiyanın Federal Vergi Xidmətinin xüsusi proqram təminatı vasitəsilə öz gəlirlərindən vergi ödəməklə yanaşı, sərbəst qaydada məcburi pensiya sığortası haqqı da ödəyə bilərlər. "Məcburi pensiya sığortası ödəmək barədə məcburi öhdəliyi olmayan özüməşğul şəxslər könüllü sığorta haqqı ödəməyə başlayan kimi, bu müddət onun üçün staj kimi qeyd olunur", - Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət