Slimfit
  1. DÜNYA

Rusiyada nəhəng zümrüd tapıldı

Rusiyada nəhəng zümrüd tapıldı
Sakura

Sonuncu dəfə Mariinsk mədənində unikal zümrüd 2015-ci ildə aşkarlanıb. Onun çəkisi bir kiloqramdan bir…

Sverdlovsk vilayətinin Mariinsk mədənində 1,6 kiloqram çəkisi olan zümrüd tapılıb. 

Sputnik Azərbvaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, tapılan zümrüd son 30 ildə aşkar edilən ən böyük tapıntıdır.

Belə ki, 1990-cı ildə 2 kiloqramlıq zümrüd aşkar edilib. Bundan sonra ən böyük zümrüd 2018-ci ildə tapılıb və çəkisi 1540 qram olub.

Mariinsk mədəni Rusiyada zümrüdün yalnız mənbəyidir. Hər il bu mədəndə 150 kiloqrama yaxın qiymətli daş  çıxarılır.

Mədən “Rostex” dövlət şirkətinə məxsusdur  və “Mariinsk mədəni” şirkəti tərəfindən idarə edilir.

Sonuncu dəfə Mariinsk mədənində unikal zümrüd 2015-ci ildə aşkarlanıb.  Onun çəkisi bir kiloqramdan bir qədər çox olub və “Qubernator zümrüdü” adını alıb.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR