“Rusiyada koronavirusla bağlı şayiələr xaricdən təşkil olunur” - Putin
“Rusiyada koronavirusla bağlı kritik heç nə yoxdur”.
“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda bildirib.
O qeyd edib ki, koronavirusun Rusiyada geniş yayılmasının miqyası haqqında təxribat xarakteri daşıyan şayiələr əsasən xaricdən təşkil olunur: “Bu təxribatlara gəldikdə isə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirir ki, onlar əsasən xaricdən təşkil edilir. Ancaq təəssüf ki, bu cür təxribatlar bizi həmişə müşayiət edir”.
Putin bu şayiələrin əhali arasında panika yaratmaq məqsədi ilə yayıldığını və bunun qarşısının alınması üçün ölkə vətəndaşlarının vaxtında, əhatəli və əsaslı məlumatlandırılmalı olduğunu vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət