Slimfit
  1. SİYASƏT

Rusiyada keçirilən beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb

Rusiyada keçirilən beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb
Sakura

Rusiyada keçirilən beynəlxalq yarışda Ermənistan Azərbaycana qarşı təxribata əl atıb

Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistan Azərbaycana qarşı növbəti təxribata əl atıb.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, bu dəfə ermənilər öz stendlərində Azərbaycan milli musiqi alətlərini və məişət əşyalarını öz tarixi alətləri kimi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışının iştirakçılarına təqdim edirlər. 

Belə ki, musiqi alətlərindən tar, saz, kamança və tütək tarixi erməni milli musiqi aləti kimi göstərilir. Bundan başqa məişət əşyalarından “Sənək” də erməniləşdirilib.

Bu fakt barədə təşkilatçılar məlumatlandırılsada hələdə müsbət nəticə əldə edilməyib. 

Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.

Xatırladaq ki, Qeyd edək ki, bundan əvvəl “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim etmişdi və Azərbaycan tərəfinin müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılmışdı. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR