Dərc edildi: Baxış sayı: 255
Rusiyada iki nəfərin namizədliyi qeydə alınmadı
Rusiya Mərkəzi Seçki Komissiyası namizədliyi Vətəndaş Təşəbbüsü Partiyasından irəli sürülmüş Boris Nadejdinin prezidentliyə namizədliyinin qeydə alınmasından imtina edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə MSK-dan məlumat verilib.
Nadejdinin qeydə alınmamasına səbəb toplanmış seçici imzalarında xeyli qüsurların olması göstərilib.
Rusiya Kommunistləri Partiyasından namizədliyi irəli sürülmüş Sergey Malinkoviç də qeydə alınmayıb.
MSK-dan bildirilib ki, Malinkoviçin təqdim etdiyi 105 min imzanın 8979-u etibarsız sayılıb.
Malinkoviç verilən qərara etiraz etməyəcəklərini bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət