Slimfit
  1. MARAQLI

Rusiyada Hyundai avtomobili sürücüsü 313 km/s sürətlə "radara düşüb"

Rusiyada Hyundai avtomobili sürücüsü 313 km/s sürətlə "radara düşüb"
Sakura

Hyundai Solaris sahibi 313 km/saat sürətlə sürdüyü üçün cərimələndi

Ens.az xəbər verir ki, Rusiya Federasiyasının Kursk vilayətində avtomobil sahibi orta sürət həddini aşdığına görə ittiham olunacaq. Rusiya yollarında yol hərəkəti qaydalarının pozulmasına görə çox sayda foto-video qeyd sistemi mövcuddur ki, onların bəziləri iki kamera arasındakı yol hissəsində orta sürət rejiminə nəzarət edir. Hyundai Solaris sahibi belə yol sahələrinin birində 5000 rubl məbləğində cərimə olunub.

Cərimə tətbiq edilməsi barədə qərara əsasən, 90 km/s sürət həddinin əhatə dairəsində qənaətcil modellərdən sayılan avtomaşının xanım sürücüsü sürəti nəzərdə tutulduğundan 223 km / saat artıq - 313 km / saat sürətlə idarə etdiyi üçün cərimələnib.

Rusiyada istehsal edilən "Dekart" sürətölçmə cihazına görə, avtomobil 4 km.lik yol sahəsini 45 saniyəyə keçib.

Qeyd edək ki, son nəsil Hyundai Solarisin modifikasiyasından asılı olaraq maksimal sürəti 183 ilə 193 km / saat arasında dəyişir. Cərimə qərarını alan avtomobilin sahibi müəyyən edilmiş qaydada şikayət edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR