Rusiyada erməni saytları bağlanır
Rusiyada bir sıra erməni saytları bloklanıb.
Ermənistan mətbuatının yaydığı məlumatına görə, informasiyanı Ermənistan XİN təsdiqləyib.
“Rusiyada bir sıra erməni saytlarının bloklanması texniki xarakter daşıyır, Ermənistanın Moskvadakı səfirliyi hazırda bu problemin həlli ilə məşğul olur”, - deyə Erməni XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
“Biz bu problemdən xəbərdarıq. Ermənistanın Rusiyadakı səfirliyi problemin həlli üçün Rusiyanın səlahiyyətli orqanları ilə gündəlik olaraq təmas qurur”, - deyə Naqdalyan qeyd edib.
Rəsminin sözlərinə görə, problem qismən həllini tapıb.
Bundan əvvəl Ermənistan KİV-də Rusiya ərazisində rəsmi olaraq bir neçə erməni saytının (qərarın səbəbi haqqında) bildiriş göndərilmədən rəsmi olaraq bağlandığı haqqında xəbər yayılmışdı.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət