Slimfit
  1. DÜNYA

Rusiyada çəkiliş aparmaq istəyənlərin nəzərinə

Rusiyada çəkiliş aparmaq istəyənlərin nəzərinə
Sakura

Rusiyada çəkiliş aparmaq istəyənlərin nəzərinə

Rusiya öz ərazisində çəkilişlər aparan xarici kino şirkətlərinə çəkdikləri xərclərə görə subsidiya ayıracaq.

Axar.az xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedyev bununla bağlı qərar imzalayıb. Sənəd RF hökumətinin saytında yerləşdirilib.

Qərarda bildirilir ki, Rusiyanın ərazisində audiovizual məhsulların istehsalı üzrə işləri yerinə yetirən xarici kinematoqrafiya təşkilatlarına federal büdcədən subsidiya ayrılacaq. Bu sənədi RF İqtisadi İnkişaf və Mədəniyyət nazirlikləri birgə hazırlayıb. Qeyd olunur ki, xarici kino şirkətləri Rusiya ərazisində kino çəkilişlərinə çəkdikləri xərcin 30-40 faizi həcmində təzminat (ribeyt) alacaqlar. Lakin bu subsidiya o halda ayrılacaq ki, həmin şirkətlər Rusiya iqtisadiyyatına mənfəət gətirsinlər. Məsələn, tammetrajlı bədii filmin çəkilişlərində iştirak edənlərin 80 faizi yerli sakinlər olmalı və çəkilən xərclərin məbləği də ən azı 75 milyon rubl təşkil etməlidir. RF ərazisində çəkiliş müddəti isə minimum 19 gün olmalıdır. Animasiya filmlərinin istehsalçıları üçün çəkiliş xərcləri 5 milyon rubl məbləğində nəzərdə tutulub. Bədii serial lentə alan şirkətlərin Rusiya ərazisində ən azı 15 milyon rubl xərcləməsi tələb olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR