Slimfit
  1. AZƏRBAYCAN

Rusiyada çap olunan ensiklopediyada Dağlıq Qarabağla bağlı təxribat törədilib

Rusiyada çap olunan ensiklopediyada Dağlıq Qarabağla bağlı təxribat törədilib
Sakura

Rusiyada çap olunan ensiklopediyada Dağlıq Qarabağla bağlı təxribat törədilib

Rusiya paytaxtı Moskvanın kitabxanalarında Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri, o cümlədən Dağlıq Qarabağla bağlı yalan məlumatların əks olunduğu "Dünya ölkələri" adlı ensiklopediya açıq satışdadır.

"Report" xəbər verir ki, 2015-ci ildə 3000 nüsxədə çap edilən nəşrin buraxılışa məsul redaktoru S.Radelovdur. 

Sankt-Peterburqun "SZKEO" nəşriyyatının kitabı həmçinin Rusiyanın bir sıra internet-mağazalarında satılır.

Ermənipərəst ensiklopediyada Azərbaycanın Xankəndi şəhəri "Stepanakert" kimi təqdim olunub və orada 53 min nəfərdən çox əhalinin yaşadığı iddia edilib, qondarma respublikada isə ümumilikdə 146 min nəfərdən çox insanın yaşadığı bildirilib. Təbii ki, digər məsələlər kimi, Qarabağın tarixi ilə bağlı məlumatlar da erməni separatçılarının xeyrinə təhrif olunmuş şəkildə verilib.

Xatırladaq ki, Azərbaycan ərazisində formalaşdırılmış separatçı quruluşu dünyanın heç bir ölkəsi, təşkilatı, o cümlədən Rusiya və elə Ermənistanın özü tanımayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR