Dərc edildi: Baxış sayı: 469
Rusiyada bu şəxslərə yaşayış icazəsi veriləcək - YENİLİK
Rusiyada daşınmaz əmlak aldıqdan sonra əcnəbi sahibkarlara yaşayış icazəsi verilməsi məsələsi müzakirə olunur.
Bu barədə “İzvestiya” qəzeti xəbər verib.
Müvafiq qanun layihəsi RF İqtisadi İnkişaf və Ticarət Nazirliyi tərəfindən hazırlanıb. Beləliklə, qurum xaricdən daha çox investor cəlb olunacağını gözləyir. Nazirlik xarici iş adamlarının bu cür təklifə müsbət reaksiya göstərəcəyinə əmindir, lakin Rusiya vətəndaşlığına tələbin kəskin artacağı proqnozlaşdırılmır.
O da vurğulanır ki, yaşayış icazəsi almaq üçün daşınmaz əmlakın əldə olunması meyarları hökumət tərəfindən müəyyən ediləcək.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət