Slimfit
  1. MARAQLI

Rusiyada 8 yaşında bir qız "qocalıqdan" ölüb

Rusiyada 8 yaşında bir qız "qocalıqdan" ölüb
Sakura

Rusiyada 8 yaşında bir qız "qocalıqdan" ölüb

Onun sağalmaq üçün heç bir şansı olmayıb, çünki tutulduğu genetik xəstəliyin müalicəsi yoxdur.

Ens.az xəbər verir ki, Rusiya Federasiyasının Volın vilayətinin Regional Uşaq Xəstəxanasında səkkiz yaşlı Anya nadir xəstəlikdən dünyasını dəyişib. Bir genetik mutasiya onun balaca qarı kimi görsənməyinə səbəb olmuşdu. Bu barədə xəstəxananın baş həkimi Sergey Lyaşenkoya istinadən RF nəşrləri məlumat verib.

Anya Volın vilayətinin Kamen-Kaşirski rayonunun kiçik Kaçın kəndindən idi.

Həkimlər öldüyü vaxt cəmi səkkiz yaşında olan qızcığazın bioloji yaşını 70 yaş həddində qiymətləndiriblər. Məlum olub ki, bu xəstəliklə yaşanan hər il səkkiz, hətta doqquz ilə bərabər tutulur - bizim ölkədə ümumilikdə bu xəstəliyi olan iki uşaq qeydə alınıb və hər ikisi qızdır. Bütün dünyada isə yüzə yaxın belə xəstəlik qeydə alınmışdır", deyə rusiyalı həkimlər bildiriblər.

Bu genetik qüsur Hatçinson-Gilford sindromu adlanır, ancaq o daha çox progeriya* adı ilə tanınır. Dərinin və daxili orqanların vaxtından əvvəl qocalması uşaqları yaşlı insanlara bənzədir. Bundan əlavə, sifətin kiçik olmağı, qısa boy və nisbətən böyük baş bu xəstəlik üçün xarakterikdir

*Progeriya çox nadir bir xəstəlik olub erkən yaşda qocalma ilə müşayiət olunan bir xəstəlikdir. Bu xəstəlik mutasiya nəticəsində əmələ gəlir, nadir hallarda irsi xarakter də daşıya bilir. Xəstəlik praktik olaraq qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Belə ki, bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edirlər.

Bir müddət əvvəl isə, Hindistanda nadir genetik anomaliyası olan kiçik qadın haqqında məlumat yayılmışdı. Xəstəlik səbəbiylə qızın dərisi daş kimi olurdu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR