Dərc edildi: Baxış sayı: 517
Rusiyada 3 yaşadək uşağı olan ailələrə maddi yardım ediləcək
Rusiya prezidenti Vladimir Putin karantin rejimi dövründə uşaqlı ailələrə yardım göstərilməsi barədə sərəncam verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Sərəncama əsasən, aprel-iyun ayları ərzində ailələrə 3 yaşadək hər uşağa görə 5 min rubl (təxminən 112 manat) pul veriləcək.
Bu ödənişlər üçün oktyabrın 1-dək edilən müraciətlər də nəzərə alınacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət