Dərc edildi: Baxış sayı: 273
Rusiya yeni kəşfiyyat PUA-sı hazırlayır
Rusiyalı mütəxəssislər kəşfiyyat üçün “uçan qanad” tipli yeni pilotsuz uçuş aparatı hazırlayırlar. PUA artilleriya atəşinin tənzimlənməsi və rabitə releləri, o cümlədən yeni “Skalpel” zərbə platforması üçün istifadə olunacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“PUA-nın qanad genişliyi təxminən 3 metr olacaq. Onun sınağına 2024-cü ilin fevral ayının sonuna qədər başlanması planlaşdırılır. PUA-dan obyektiv nəzarət üçün - hədəfin vurulub-vurulmamasını yoxlamaq üçün də istifadə ediləcək”, - məlumatda deyilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət