Slimfit
  1. DÜNYA

Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər

Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər
Sakura

Rusiya XİN: UNESCO missiyası yaxın vaxtlarda Qarabağa gələ bilər

Rusiya xristian və müsəlman ziyarətgahlarının qorunub saxlanmasını qiymətləndirmək üçün UNESCO mütəxəssislərinin tezliklə Dağlıq Qarabağa gələcəyinə ümid edir.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə səsləndirib.

“Ermənistan və Azərbaycan tərəfləri ilə əməkdaşlıq şəraitində UNESCO-nun abidələrin mühafizəsi və qorunması sahəsində tərəfdaşları olan nüfuzlu beynəlxalq QHT-lərin iştirakı ilə hazırlanmış missiyanın yaxın vaxtlarda əraziyə gələ biləcəyini və vəziyyəti obyektiv qiymətləndirəcəyini gözləyirik”, - deyə M.Zaxarova bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsinin fikrincə, UNESCO mütəxəssisləri regiondakı xristian və müsəlman ziyarətgahlarının təhlükəsizliyi və hazırkı vəziyyəti ilə əlaqəli bütün suallara cavab verə biləcəklər.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR