Slimfit
  1. SİYASƏT

Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib

Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib
Sakura

Rusiya XİN Qarabağda vəziyyətin kəskin gərginləşməsindən narahat olduğunu bildirib

“Rusiya Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşvişə düşüb və münaqişə tərəflərini qan tökülməsini dayandırmağa və diplomatik həll yoluna qayıtmağa çağırır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

“Biz Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə gərginləşməsindən dərin təşviş içindəyik, - deyə o bildirib. - Rusiya tərəfi münaqişə tərəflərini qan tökülməsinin qarşısını almağa və hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.

Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam edirlər”.

Zaxarova əlavə edib ki, Moskva Rusiya-Ermənistan müttəfiqliyinə sadiqliyini bir daha təsdiqləyir.

Zaxarova qeyd edib ki, Rusiya Federasiyası Ermənistanın Rusiya əleyhinə addımlarının ikitərəfli münasibətlərə heç bir təsir göstərməməsi ilə bağlı bəyanatlarından razı deyil. O, həmçinin Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, Qarabağda öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini bildirib.

Mənbə: TASS

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR