Dərc edildi: Baxış sayı: 267
Rusiya XİN Qarabağ separatçılarının azadlığa buraxılması çağırışlarını şərh etdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ konqresmenlərinin Bakıda saxlanılan Qarabağ separatçılarının azad edilməsi çağırışına münasibət bildirib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Baku TV müxbirinin sualını cavablandıran rusiyalı diplomat ənənəvi brifinq zamanı konqresmenlərin beynəlxalq lobbiçilik üçün pul aldıqlarını xatırladıb.
"Mən başa düşürəm ki, amerikalı konqresmenlər beynəlxalq lobbiçilikləri üçün pul alırlar və bunu gizlətmirlər. Amma mənə elə gəlir ki, onların kifayət qədər digər işləri də var", - deyə Zaxarova qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət