Dərc edildi: Baxış sayı: 416
Rusiya XİN başçısı: 'Moskva Dağlıq Qarabağ məsələsi üzrə kompromis imkanı olduğunu anlayır'
"Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayırıq. Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək.
"Ümid edirik ki, nəticələr olacaq", - rusiyalı nazir vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət