Slimfit
  1. COĞRAFİYA

Rusiya xarici turizm sahəsində qarşılıqlı hesablaşmalarda milli valyutaya keçə bilər

Rusiya xarici turizm sahəsində qarşılıqlı hesablaşmalarda milli valyutaya keçə bilər
Sakura

Rusiya xarici turizm sahəsində qarşılıqlı hesablaşmalarda milli valyutaya keçə bilər

Xarici turizm sahəsində Rusiya Federasiyasının əsas tərəfdaşları olan ölkələrlə qarşılıqlı hesablaşmalarda yaxın gələcəkdə milli valyutaya keçid mümkündür. Turizm üzrə Federal Agentliyin rəhbəri Oleq Safonov bunu Şərq İqtisadi Forumunda bildirib.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Oleq Safonovun sözlərinə görə, qarşılıqlı hesablaşmalarda milli valyutaya keçid siyasəti Turizm üzrə Federal Agentlik tərəfindən yox, ölkənin maliyyə hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. O deyib: “Lakin biz bu istiqamətdə aşkar meyilləri görürük”.

Onun fikrincə, hesablaşmalarda bu və ya digər xarici valyutalardan istifadə edilməsinə sanksiya məhdudiyyətlərinin tətbiq olunması hesablaşmaların milli valyutalarda aparılmasına yanaşmanı yalnız stimullaşdırır.

“Mənim fikrimcə, xarici turizm sahəsində bizim əsas tərəfdaşlarımızla bu cür hesablaşma tamamilə, özü də yaxın perspektivdə mümkündür”, - deyən O.Safonov Türkiyəni nümunə göstərib.

İdarə rəhbəri deyib: “Əcnəbi vətəndaşlar Rusiya Federasiyasına gələndə özləri ilə milli valyuta gətirir və burada onu Rusiya rubluna mübadilə edirlər. Rusiyanın daxilində isə hesablaşmalar yalnız rubl ilə aparılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR