Dərc edildi: Baxış sayı: 520
Rusiya və Ukrayna gözlənilən protokolu imzaladılar
Rusiya və Ukrayna qaz tranzitinin davam etdirilməsi ilə bağlı protokol imzalayıblar.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Qazprom”un nümayəndəsi bildirib.
“Tərəflər Ukrayna ərazisi ilə qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin nizamlanması haqda saziş protokolunu imzaladılar”, - deyə qeyd olunub.
Şirkət rəsmisi digər detalları açıqlamayıb.
Qeyd edək ki, Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti haqda cari müqavilənin müddəti dekabrın 31-də bitir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət