Dərc edildi: Baxış sayı: 621
Rusiya və Türkiyənin Liviyaya girməsi... - Amendola
ABŞ və vahid Avropanın Liviya ilə bağlı təşəbbüsünün olmaması, Rusiya və Türkiyənin bu böhranın həllində aparıcı oyunçuya çevrilməsinə şərait yaradıb.
Axar.az xəbər verir ki, bunu İtaliyanın Avropa İşləri üzrə naziri Vinçenzo Amendola deyib.
“Avropa və ABŞ-ın diplomatik təşəbbüsüylə bağlı boşluq Rusiyanın fəaliyyəti üçün məkan yaradıb. Bu kontekstdə köhnə qitənin hər dövlətinin öz oyununu oynayacağını düşünmək əsassız olardı. Liviyaya istənilən müdaxilə konflikti tərəflərin vəkalət savaşına çevirə bilər”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət