Slimfit
  1. DÜNYA

Rusiya və Pakistandan “Sülh Çeşməsi” hərəkatı ilə bağlı açıqlama

Rusiya və Pakistandan “Sülh Çeşməsi” hərəkatı ilə bağlı açıqlama
Sakura

Rusiya və Pakistandan “Sülh Çeşməsi” hərəkatı ilə bağlı açıqlama

Rusiya və Pakistanın Xarici İşlər Nazirlikləri Türkiyənin Suriyada başladığı “Sülh Çeşməsi Hərəkatı”na münasibət bildiriblər.

Qafqazinfo” Türkiyə KİV-nə isitnadən xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov rəsmi Ankaranın narahatlığını başa düşdüklərini deyib:

“Suriya böhranının əvvəlindən Türkiyənin davamlı olaraq sərhədlərinin təhlükəsizliyi barədə narahatlığını başa düşürük. Eyni zamanda bu narahatlığın 1998-ci ildə Dəməşq və Ankara arasında “Adana müqaviləsi” əsasında aradan götürülməli olduğunu dəfələrlə vurğulamışıq. Bu, hər iki tərəf üçün əlverişli vasitədir”. 

Pakistanın Xarici işlər nazirinin sözçüsü Muhammed Faysal Türkiyəni dəstəklədiklərini bildirib: 

“3,5 milyondan çox Suriyalı qaçqına ev sahibliyi edən Türkiyəni humanist addımlarına görə təbrik edirik və türkiyənin bölgədəki təhlükəsizlik qayğılarını başa düşürük. Türkiyə də Pakistan kimi terror qurbanı olmuş ölkələrdən biridir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR