Dərc edildi: Baxış sayı: 480
Rusiya və Fransa prezidentləri Ukrayna üzərindən qaz nəqlini müzakirə edib
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Rusiya təbii qazının Ukrayna ərazisi üzərindən Avropaya nəqli məsələsi müzakirə edilib.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Suriya və Liviyadakı vəziyyəti də müzakirə ediblər. Qeyd olunub ki, mövcud böhranlar siyasi və diplomatik yolla həll edilməlidir.
Bildirilib ki, prezidentlər arasındakı telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət