Slimfit
  1. DÜNYA

Rusiya və Ermənistan aviasiya əlaqəsini dayandırdı

Rusiya və Ermənistan aviasiya əlaqəsini dayandırdı
Sakura

Rusiya və Ermənistan aviasiya əlaqəsini dayandırdı

İstədikləri təqdirdə Ermənistanda olan Rusiya vətəndaşları öz vətənlərinə, Ermənistan vətəndaşları isə Rusiyadan öz vətənlərinə qayıda biləcəklər

Sputnik. Rusiya və Ermənistan koronavirusa görə iki həftə müddətinə aviaəlaqəni dayandırır. Sputnik Ermənistan xəbər verir ki, telefon danışığı zamanı hər iki ölkənin baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin bu barədə razılığa gəliblər.

Qeyd olunur ki, tərəflər ölkələr arasında hava əlaqəsinin məhdudlaşdırılması barədə qərar qəbul edib. İstədikləri təqdirdə Ermənistanda olan Rusiya vətəndaşları öz vətənlərinə, Ermənistan vətəndaşları isə Rusiyadan öz vətənlərinə qayıda biləcəklər. Ölkələr arasında fasiləsiz yük daşımaları da həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Ermənistanda  koronavirusa 30 yoluxma halı qeydə alınıb.

 



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR