Dərc edildi: Baxış sayı: 363
Rusiya və Çin NATO-nun düşməni deyil – Makron
Rusiya və Çin NATO-nun düşməni kimi təqdim edilə bilməz.
Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“NATO kollektiv müdafiə alyansıdır. O, kimlə və nə ilə mübarizə aparır? Bizim ümumi düşmənimiz kimdir? Bizim ümumi mövzumuz nədir? Bu sualları dəqiqləşdirməyə ehtiyac var və onlar strateji xarakterlidir. Rusiya bu gün bizim düşmənimizdirmi? Ya da Çin? NATO-nun hədəfi onları düşmən kimi müəyyən etməkdirmi? Razı deyiləm. Bizim bu gün ümumi düşmənimiz terrorizmdir”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət