Slimfit
  1. MƏDƏNİYYƏT

Rusiya və Azərbaycan arasında mədəni körpülər...

Rusiya və Azərbaycan arasında mədəni körpülər...
Sakura

Rusiya və Azərbaycan arasında mədəni körpülər...

Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında “Rusiya və Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoq üçün körpülər kimi” mövzusunda dəyirmi masa təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəniyyət və incəsənət sahələrində xalq diplomatiyasının təşviqi, eləcə də multikultural dialoqun möhkəmləndirilməsi məqsədi daşıyıb. Sözügedən tədbirdə iştirak etmək məqsədilə hər iki ölkənin millət vəkilləri, mədəniyyət nazirliklərinin və səfirliklərinin təmsilçiləri, aparıcı ali təhsil ocaqları və ictimai birliklərinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri dəvət edilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli “Azərbaycan Respublikasında mədəniyyətlərarası dialoq” mövzusunda təqdimat keçirərək bu sahədə aparılan dövlət mədəniyyət siyasəti haqqında bəhs etdi. Azərbaycan ərazisinin əlverişli regionlararası coğrafi xüsusiyyətlərindən irəli gələn qədim mədəniyyətlərarası ənənələri müasir Azərbaycan Respublikasını qlobal səviyyədə multikulturalizm mərkəzinə çevirmişdir. Bunun bariz nümunələri olan Mədəniyyətlərarası dialoq üzrə ənənəvi Dünya Bakı Forumu, Bakı Beynəlxalq Humanitar Forumu və ümumilikdə Qlobal Bakı Prosesi haqqında məlumat verildi. Təqdimat zamanı Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan bütün etnik qrupların mədəni fəaliyyətinə dövlət tərəfindən göstərilən təşkilati, mənəvi və maddi-texniki dəstəkdən danışıldı, azsaylı xalqların folklor ənənələrinə həsr edimiş ənənəvi “Azərbaycan – doğma diyar” ümumrespublika festivalı nümunə kimi sərgilənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR