Slimfit
  1. DÜNYA

Rusiya və ABŞ-dan kritik qərar - Yoxlamalardan imtina edildi

Rusiya və ABŞ-dan kritik qərar - Yoxlamalardan imtina edildi
Sakura

Rusiya və ABŞ-dan kritik qərar - Yoxlamalardan imtina edildi

Rusiya və ABŞ koronavirusa pandemiyasına görə strateji hücum silahlarının (SNV-3) məhdudlaşdırılması üzrə müqavilə çərçivəsində yoxlamaların keçirilməsindən müvəqqəti imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Deril Kimboll məlumat verib.

Onun sözlərinə görə, yoxlamalar mayın əvvəlinə qədər təxirə salınıb.

Bundan başqa, Moskva və Vaşinqton martda planlaşdırılan ikitərəfli məsləhətçi komissiyanın növbəti iclasını təxirə salmaq barədə razılaşıb.

Qeyd edək ki, strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib və icrası 10 il təşkil edir. Müqaviləni 2010-cu ildə o vaxtki prezidentlər Dmitri Medvedyev və Barak Obama imzalayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR