Rusiya Ukraynada 7 mindən çox texnika itirdi
Rusiya Ukraynada 7 mindən çox zirehli texnikasını itirib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat dərc edib.
Bildirilib ki, 2022-ci il fevralın 24-dən bəri Rusiya qoşunları 2600-ə yaxın tank və 4900 zirehli texnika itirib. 2023-cü ildə itkilər 2022-ci illə müqayisədə 40% azalıb.
Britaniya MN isə qeyd edir ki, Rusiya ayda ən azı 100 yeni tank istehsal edə bilər, ona görə də yaxın gələcəkdə hücumlarını davam etdirəcək.
Ötən ilin oktyabrında Rusiya silahlı qüvvələri yenidən hücuma keçib və texnika itkiləri yenidən artmağa başlayıb. O vaxtdan bəri Rusiya ordusu 365 tank və 700 zirehli texnika itirib. Nəticədə, yalnız son dərəcə cüzi ərazilər əldə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət