Dərc edildi: Baxış sayı: 84
Rusiya: Ukrayna PUA-larla Rusiyaya hücum edib
“Dünən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı təyyarə tipli PUA-lardan istifadə edərək silsilə terror cəhdinin qarşısı alınıb”.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, bu sözlər Rusiya Müdafiə Nazirliyindən hücumlarla bağlı verilən açıqlamada bildirilib.
Açıqlamada, Rusiya hava hücumundan müdafiə raket sistemlərinin 26-sı Belqorod, 10-u Bryansk, 8-i Kursk və 2-si Tula bölgəsində olmaqla ümumilikdə 50 İHA-nı məhv etdiyi; Smolensk, Ryazan, Kaluqa və Moskva vilayətlərində bir PUA-nın vurulduğu bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət