Rusiya üçün əlimdən gələni etdim, alınmadı - Klinton
Bir vaxtlar Rusiyanın ABŞ-ın tərəfdaşı olması üçün əlimdən gələni etdim.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Bill Klinton Praqada "Təhlükəsizliyimiz təmin olunmur" adlı konfransda çıxış edərkən deyib.
Eks-prezidentin sözlərinə görə, o, Rusiyanı özünə tərəfdaş etməyə çalışıb:
"Mən bunun üçün əlimdən gələni etdim. Bu cəhdlərə görə bir dəqiqə belə peşman deyiləm".
O, həmçinin 1997-ci ildə imzalanmış NATO-Rusiya Təhlükəsizlik Aktını da xatırladıb:
“Biz uğursuzluğa düçar olduq, Rusiya başqa istiqamətə getdi, lakin düzgün olanı etməyə çalışmaq vacibdir”.
Eyni zamanda, ABŞ-ın keçmiş rəhbəri hesab edir ki, yaxın 25 ildə insanların yeni, daha yaxşı tarix yazmaq şansı olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət