Dərc edildi: Baxış sayı: 668
:0
Rusiya, Türkiyə və Çin dollardan belə xilas olur
Rusiya, Çin və Türkiyə dollar asılılığında xilas olmaq üçün aktiv şəkildə qızıl alır.
Axar.az xəbər verir ki, bu barədə alman nəşri “Nyu Zurçer Zeytunq” qəzeti yazır.
Bildirilib ki, Moskva bununla özünü yeni sanksiyalardan qorumağa, Ankara inflasiya problemini həll etməyə, Pekin isə yuanı dünya valyutasına çevirməyə çalışır:
“Bu ölkələr geniş yayılmış dollardan qorxur. Bu valyutadan demək olar ki, beynəlxalq əməliyyatların 90 faizində istifadə edilir. Dünya borcunun 3-də 2-si dollarladır. Həmçinin, dolların qlobal bazarda hakimiyyəti sadalanan ölkələrin iqtisadiyyatlarını ABŞ-ın sanksiyaları qarşısında həssaslaşdırır. Vaşinqton dollarla işləyən istənilən müəssisəni və ya bankı blok edə bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət