Rusiya-Türkiyə münasibətləri yüksək sürətlə inkişaf edir - Putin
Rusiya-Türkiyə münasibətləri yüksək sürətlə inkişaf edir.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Soçi şəhərində baş tutan görüşdə deyib.
Rusiya prezidenti iki ölkə arasında əmtəə dövriyyəsinin 86 faiz artdığını və müsbət tendensiyanın bu il də davam etdiyini bildirib.
"Sizin birbaşa iştirakınız sayəsində münasibətlərin inkişaf sürəti özünü qoruyub saxlayır. Diqqətinizə çəkmək istərdim ki, ötən il əmtəə dövriyyəmiz 86 faiz artıb. Bu ilin birinci yarısında bu müsbət tendensiya davam edir", - o deyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.
Məlumata görə, iki ölkə liderinin müzakirəsinin əsas mövzusunu təhlükəsizlik məsələləri ilə yanaşı taxıl sazişinin bərpası təşkil edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət