Slimfit
  1. İQTİSADİYYAT

Rusiya ticarət mərkəzləri defoltla təhdid edərək Nazirlər Kabinetindən kömək istədi

Rusiya ticarət mərkəzləri defoltla təhdid edərək Nazirlər Kabinetindən kömək istədi
Sakura

Rusiya ticarət mərkəzləri defoltla təhdid edərək Nazirlər Kabinetindən kömək istədi

Rusiya Ticarət Mərkəzləri Şurası hökumətdən vergi güzəştləri və kreditlərin restrukturizasiyası ilə bağlı kömək istəyir.

Qurum bu cür müraciətlə Rusiyanın Baş naziri Mixail Mişustinə məktub göndərib. Ens.az saytı bildirir ki, Şura öz müraciətində, koronavirus infeksiyası pandemiyası səbəbiylə ticarət mərkəzlərinə gələnlərin sayının və icarə gəlirlərinin azaldığını qeyd edib. Bununla əlaqədar Şura, ticarət mərkəzlərinin banklar qarşısında defolt etmə təhlükəsi ilə üz-üzə qaldığını qeyd edib.

Məktub müəllifləri dövlətdən dəstək tədbirlərinin gücləndirilməsini istəyir. Xüsusilə, sözügedən şura, hökumətə təklif edir ki, mövcud kreditlər üzrə faiz dərəcələri üzrə ən azı 4% miqdarında subsidiya tətbiq etsin, ƏDV və gəlir vergisi ödəməsini üç ay təxirə salsın və qalan vergi ödənişlərini müvəqqəti ləğv etsin.

Qeyd edək ki, Rusiya hakimiyyəti koronavirusun yayılması şəraitində iqtisadiyyata kömək məqsədilə bəzi tənzimləmə yumşalmaları hazırlayır. Tədbirlər arasında, bəzi sənaye sahələri üzrə çalışan şirkətlərə fəaliyyət lisenziyasının müddəti bitdikdən sonra da fəaliyyət göstərməyə icazə verilməsi olacaq.

Mənbə: news.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR