Dərc edildi: Baxış sayı: 954
Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir
Qaçaqmalçılıq yolu ilə növbəti yük avtomobilləri İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “Azad İran” “Telegram” kanalı görüntülər yayıb:
“Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı kanalımıza yeni video daxil olub”.
Qeyd edək ki, bir neçə gün əvvəl də “Azad İran” “Telegram” kanalında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət