Dərc edildi: Baxış sayı: 497
Rusiya Rublu sürətlə ucuzlaşdı
Bazar ertəsi günü Forex-də dollar 75 rubla çatıb, avro isə 84 rublu üstələyib. Ötən həftə dollar 68 rubla bərabər idi. Beləliklə, Rusiya Rublu təxminən 10% dəyərdən düşüb.
Marja xəbər verir ki, bu gün neftin 30%-dən çox ucuzlaşaraq 31 dollara düşməsindən sonra Rusiya valyutası dünya valyutalarına nisbətdə ucuzlaşıb.
Xəbər verdiyimiz kimi Rusiyanın "davam" deməməsindən sonra OPEC + sazişi pozulub. Rusiya hasilatın əlavə azaldılmasına razı olmayıb. Bundan sonra Səudiyyə Ərəbistanı hasilatı artıraraq və rəsmi qiymətlərini aşağı salaraq qiymət müharibəsi elan edib.
Dolların 84 rubla qədər düşə biləcəyi proqnozlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət