Slimfit
  1. DÜNYA

Rusiya razılaşdı: Türkiyə analoqu olmayan silahlar alacaq?

Rusiya razılaşdı: Türkiyə analoqu olmayan silahlar alacaq?
Sakura

Rusiya razılaşdı: Türkiyə analoqu olmayan silahlar alacaq?

"Türkiyə əlavə “S-400” hava hücumundan müdafiə sistemi ala bilər”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Yuri Borisov deyib.

“Rossiya-24” dövlət televiziyasına müsahibə verən Borisov Türkiyənin qarşısına qoyulan seçimlərdən istifadə edəcəyinə ümid bəslədiklərini bildirib.

Türkiyənin NATO üzvü olmasına rəğmən, milli maraqlarını qətiyyətli şəkildə müdafiə etdiyini vurğulayan Borisov qeyd edib ki, rəsmi Ankaranın seçimi hazırda dünyanın ən yaxşı sistemləridir.

Qeyd edək ki, daha əvvəl Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev 2020-ci ildə Türkiyəyə yeni partiya “S-400” hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsinə dair razılaşma imzalanması mövzusunda verilən suala “bu ehtimal kifayət qədər yüksəkdir” sözləri ilə cavab vermişdi.

Xatırladaq ki, Türkiyə Rusiyadan sifariş verdiyi müdafiə sistemlərinin ilk partiyasını iyul ayında qəbul etdi. Bu partiyada 2 ədəd "S-400" batareyası təhvil verildi. Növbəti partiya isə Ankaraya 2020-ci ildə göndəriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR