Dərc edildi: Baxış sayı: 497
Rusiyada qayığa qarşı silahın yeni nümunələri hazırlanır.
Publika.az xəbər verir ki, bu haqda “Texmaş” konserninin baş direktoru Vladimir Lepin “RİA-Novosti” agentliyinə bildirib.
“Qayığa qarşı silahın yeni nümunələri hazırlanır. Onlar öz xarakteristikalarında “Zaqon-2E” aviasiya bombasını üstələyirlər”, - o deyib.
Qayığa qarşı “Zaqon-2” aviasiya bombası suüstü və sualtı (dərinliyi 600 metrə qədər) gəmilərin məhv edilməsi üçün nəzərdə tutulub. Hədəfin aşkar edilməsinin uzaqlığı 450 metrə qədərdir.
İstehsalçılar “Zaqon-1”-in məhvedici effektivliyini “Zaqon-2E” ilə müqayisədə üç dəfə artırmağı bacarıblar. Eyni zamanda, döyüş məsələsinin icrasının dəyəri üç dəfə azalıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət