Dərc edildi: Baxış sayı: 512
Rusiya qarşısında kapitulyasiya olmayacaq - Zelenski
Donbasda kapitulyasiya olmayacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Odessaya səfəri zamanı deyib.
“Mən şərqdə müharibəni bitirib, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək vədi vermişəm. Bu gün bizim bütün səylərimiz buna yönəlib. Mənim bu məsələdə mövqeyim dəyişməz qalır.
Biz həmçinin Krımın anneksiyasını da unutmuruq. Bu bizim üçün növbəti çağırış olacaq. İnanın ki, məndə artıq kapitulyasiya sözünə qarşı allergiya var. Sizi əmin etmək istəyirəm ki, Ukraynanın milli maraqları satılmayacaq”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət