Rusiya Pentaqonun pulu ilə yaradılan biolaboratoriyalara girişini təmin edib?
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrda Ermənistana səfər edəcək.
Bu barədə "Kommersant" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində rusiyalı mütəxəssislərin Ermənistanda yerləşən və Pentaqonun pulu ilə yaradılan biolaboratoriyalara girişini təmin edən memorandum imzalanacaq.
Başqa mənbə qəzetə sənədin mətninin hazır olduğunu və qurumlararası razılaşdırmadan keçdiyini təsdiqləyib. Bildirilib ki, memorandum iki ölkə arasında tibbi-bioloji sahədə əməkdaşlığı nəzərdə tutur.
“Report” xatırladır ki, ABŞ-ın vəsaiti ilə modernləşdirilmiş, bioloji tədqiqatlar aparılan, ştamm və virusların öyrənildiyi laboratoriyalar MDB məkanında Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət