Dərc edildi: Baxış sayı: 297
Rusiya Odessa limanını “Şahid”lərlə vurdu
Rusiya sentyabrın 3-də “Şahid” kamikadze dronları vasitəsilə Odessa vilayətində liman infrastrukturuna hücum edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
"Rusiya ordusu cənub və cənub-şərqdən 25 ədəd “Şahid-136/131” PUA-sı ilə bir neçə hücum dalğası həyata keçirib. Dronların 22-si Ukrayna hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib”, - məlumatda bildirilib.
Qeyd olunub ki, dron hücumları nəticəsində liman infrastrukturuna zərər dəyib, yanğın baş verib. İlkin məlumata görə, 2 mülki şəxs yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət