Slimfit
  1. SİYASƏT

“Rusiya münaqişə düyününün açılmasında əsas rollardan birini oynamağa qadirdir” - Nazir

“Rusiya münaqişə düyününün açılmasında əsas rollardan birini oynamağa qadirdir” - Nazir
Sakura

“Rusiya münaqişə düyününün açılmasında əsas rollardan birini oynamağa qadirdir” - Nazir

“Məmnuniyyətlə qeyd etməliyəm ki, bu münasibətlər ildən-ilə sabitlik və dinamizm nümayiş etdirir. Bu il başa çatmaq üzrədir və bu müsbət dinamika da inkişaf edib”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yerli jurnalistlərə müsahibəsində Rusiya ilə münasibətlərə dair sualı cavablandırarkən deyib.

Nazir bildirib ki, yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoq həlledici rol oynamaqda davam edir.

“Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır. Məlum olduğu kimi, əlaqələrimizin inkişafı məqsədyönlü və proqram xarakteri daşıyır. Konkret istiqamətlər üzrə "yol xəritələri"ndə nəzərdə tutulan və həyata keçirilən tədbirlərdən altısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına ötənilki rəsmi səfəri zamanı, ikisi isə bu ilin dekabrında Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın on səkkizinci iclasının yekununda imzalanmışdır. İlkin hesablamalara görə, 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları səviyyəsinə çatacaq.

2019-cu ildə müsbət bir tendensiya, bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub. Bu, çox mühüm bir göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər.

Bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyirik. Ümid edirəm ki, çox faydalı hesab etdiyim xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcəkdir”, - deyə E.Məmmədyarov vurğulayıb.

XİN rəhbəri əlavə edib ki, Rusiya Federasiyasının həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəslənilir.

“Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir. Beləliklə, ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıyıq”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR