Slimfit
  1. DÜNYA

Rusiya MSK: Putin seçkilərdə qalib gəldi

Rusiya MSK: Putin seçkilərdə qalib gəldi
Sakura

Rusiya MSK: Putin seçkilərdə qalib gəldi

Rusiyada 15-17 martda keçirilən prezident seçkiləri ilə bağlı ilkin nəticələr açıqlanıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,, bu barədə Rusiya MSK-nın sədri Pamfilova məlumat verib.

O bildirib ki, bülletenlərin 70,03%-i sayılıb. Hazırkı nəticələrə görə Vladimir Putin 87,17% səslə liderlik edir.

Nikolay Xaritonov (Kommunist Partiyası) 4,19% səslə ikinci, Vladislav Dvankov 4,08%-lə üçüncü, Leonid Sturski isə 3,15%-lə sonuncu yerdədir.

Qeyd edək ki, ekzit-polların nəticələrinə görə, Putin seçkilərdə 87 faizdən çox səs toplayıb.

***

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində bülletenlərin 95,8%-nin hesablanmasının nəticələrinə əsasən səslərin 87,32%-lə liderdir.

Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) saytında dərc olunan xəbərdə deyilir.

Siyahıda ikinci yerdə 4,28 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,85 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yeri 3,15 % səslə RLDP-nin namizədi Leonid Slutski tutub.

***

Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.

Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.

Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 %-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79%, Leonid Slutski (RLDP) - 3,19 % səs toplayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR