Rusiya millisinin eks müdafiəçisi "Sumqayıt"a keçir
"Sumqayıt" heyətinə yeni oyunçu cəlb edir.
Oxu.Az xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi Rusiya gənclər millisinin keçmiş üzvü Cəmaləddin Xocaniyazovun transferini bitirmək üzrədir.
Məsələ ilə bağlı saytımıza açıqlama verən "Sumqayıt"ın Mətbuat Xidmətinin rəisi Rəşad Məmmədov oyunçu ilə hələlik rəsmi müqavilə imzalanmadığını, amma keçidin gündəmdə olduğunu bildirib.
Qeyd edək ki, karyerası ərzində "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural" kimi komandaların formasını geyinmiş türkmən əsilli müdafiəçi Norveçin "Orxus" komandasında legioner həyatı yaşayıb.
23 yaşlı futbolçunun son klubu Belarus təmsilçisi BATE olub.
Xocaniyazov Rusiyanın müxtəlif yaş qrupu millilərində üst-üstə 41 oyun keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət