Dərc edildi: Baxış sayı: 530
Rusiya: Milli və şəbəkədaxili rouminq xidməti ləğv olundu
Rusiyada bu gündən etibarən şəbəkədaxili və milli rouminq xidmətləri ləğv olunur.
Baş nazir Dmitri Medvedevin imzaladığı müvafiq qərar 1 iyun tarixindən etibarən qüvvəyə minib.
Sənədə əsasən, abonentin yerləşdiyi bölgə xidmətin qiymətinə təsir göstərməyəcək.
Yeni qərar ölkə kənarında rouminq qaydalarına şamil edilmir.
2017-ci ildə Rusiyanın antiinhisar xidməti rabitə operatorlarından rouminq ödənişlərinin ləğvini tələb etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət